Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 873 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 183 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 243 180 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 226 155 nəfər təşkil edir.