Bakı. Trend:
Meksikada COVİD-19 infeksiyasına yoluxma hallarının sayı 556 216-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Əməliyyat epidemioloji tədqiqat direktoru Anu Lusia de Qarsa Barroso məlumat verib.
Bildirilir ki, son sutkada koronavirusa yoluxanların sayı 6482 nəfər artıb, ölənlərin sayı isə 60 254-ə yüksəlib.