Bakı. Trend:
Çinin Şanxi vilayətində mehmanxana binasının çökməsi nəticəsində 17 nəfər ölüb, daha 28 nəfər yaralanıb, onlardan 7-si ağır yaralanıb.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
Məlumata əsasən, hadisə Syanfen qəzasının Linfen şəhərində baş verib. Dağıntıların sökülməsi və dağıntılar altında qalması ehtimal edilən insanların axtarışı davam edir.
Çökmənin səbəbləri hələ müəyyən edilməyib, istintaq başlayıb.