Bakı. Trend:
Perunun Kusko şəhərinin meri Rikardo Valderrama koronavirus infeksiyasının yaratdığı fəsadlardan vəfat edib.
Trend-in məlumatına görə, bu barədə bələdiyyənin mətbuat xidməti bildirib.
Məumatda bildirilib: "Kusko vilayətinin bələdiyyəsi merimizin doktor Rikardo Valderrama Fernandesin vəfatından dərin təəssüf hissi keçirir və ailəsinə başsağlığı verir".
2019-cu ilin dekabrında vəzifəsinə başlayan 75 yaşlı bələdiyyə başçısı 24 iyulda koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirildi. O süni tənəffüs aparatına qoşulmuşdu.