...

ABŞ-da “MTV Video Music Awards” mükafatları təqdim olunub

Dünya xəbərləri Materials 31 Avqust 2020 11:32 (UTC +04:00)
ABŞ-da “MTV Video Music Awards” mükafatları təqdim olunub

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində “MTV Video Music Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Trend-in məlumatına koronavirus pandemiyası ilə əlaqədar mərasim açıq hava altında baş tutub.

Nüfuzlu ən yaxşı klip müfkafatını “Blinding Lights” klipinə görə “Weeknd” əldə edib.

Ledi Qaqa ən yaxşı müğənni adına layiq görülüb. 9 nominasiyada namizəd olan Ledi Qaqa, həmçinin Ariana Qrande ilə birgə “Rain on Me” klipinə görə ən yaxşı duet mükafatını qazanıb.

Cənubi Koreyanın BTS qrupu ən yaxşı qrup nominasiyasında qalib gəlib.

Pandemiya şəraitində builki mərasimdə yeni kateqoriya təsis edilib. Belə ki, Ariana Qrande və Castin Biber “Stuck with U” klipinə görə “Evdə çəkilmiş ən yaxşı klip” mükafatını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti