...

Dünyanın ən zəngin qadınının adı açıqlanıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2020 19:47 (UTC +04:00)
Dünyanın ən zəngin qadınının adı açıqlanıb

Bakı. Trend:

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.

Trend bu barədə “Bloomberg” agentliyinin reytinqinə istinadən məlumat verir.

Belə ki, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra “Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi.

S.Makkenzi siyahıda “L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.

Reytinqdə ilk üçlüyü “Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti