...

Atlantik okeanda tropik fırtınası yaranıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2020 03:56 (UTC +04:00)
Atlantik okeanda tropik fırtınası yaranıb

Bakı. Trend:

Atlantik okeanda "Rene" tropik fırtınası yaranıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzi bildirib.

Məlumata əsasən, tropik fırtına daxilində əsən küləyin sürəti 18 m/s-ə çatır. Fırtına Afrika sahillərindən 600 km məsafədə yerləşən Kabo-Verde dövlətindən təxminən 180 km şərqdə yerləşir.

Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verdeyə güclü yağış və fırtına küləklərinin əsəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti