...

Ermənistanda koronavirusa yoluxma sayı kəskin artdı

Dünya xəbərləri Materials 16 Sentyabr 2020 11:02 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxma sayı kəskin artdı

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 46 376 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 257 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 923 nəfər koronavirusdan ölüb, 3 101 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti