...

Atlantik okeanda "Beta" tropik fırtınası yaranıb

Dünya xəbərləri Materials 19 Sentyabr 2020 05:46 (UTC +04:00)
Atlantik okeanda "Beta" tropik fırtınası yaranıb

Bakı. Trend:

Atlantik okeanda "Beta" tropik fırtınası yaranıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Qasırğa İzləmə Mərkəzi tərəfindən bildirilib.

Məlumata əsasən, tropik fırtına daxilində küləyin sürəti 18 m/s-yə çatır. Fırıtına Meksikanın liman şəhəri Tampikodan təqribən 545 km şimal-şərqdə yerləşir.

"Beta" təxminən 15 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti