...

ABŞ-da "Cygnus" kosmik yük gəmisi səmaya buraxılıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 07:03 (UTC +04:00)
ABŞ-da "Cygnus" kosmik yük gəmisi səmaya buraxılıb

Bakı. Trend:

"Antares" raket daşıyıcısı "Cygnus" yük kosmik gəmisini ABŞ-ın Virdjiniya ştatındakı kosmodromundan səmaya qaldırıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, raketin uçuşu ABŞ-ın Milli aviasiya və kosmik idarəsinin (NASA) saytında yayımlanıb.

"Cygnus" Beynəlxalq kosmik stansiyaya (BKS) təxminən 3.6 ton yük çatdıracaq: qida, stansiya üçün avadanlıq, elmi tədqiqat üçün alətlər və sairə.

Bu əməliyyat "Cygnus" istehsalçısı olan "Northrop Grumman" ilə NASA arasındakı yeni müqaviləsi çərçivəsində üçüncü uçuşdur. Razılığa əsasən, 2024-cü ilədək ən az altı yük gəmisinin buraxılması həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti