...

Ermənistanda koronavirusa yoluxanların sayı 52 mini keçib

Dünya xəbərləri Materials 5 Oktyabr 2020 14:31 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 52 496 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 181 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 984 nəfər koronavirusdan ölüb, 6 681 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti