...

Ermənistanda koronavirusa yoluxanların sayı 55 mini keçib

Dünya xəbərləri Materials 9 Oktyabr 2020 10:56 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 55 mini keçib

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 55 087 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 614 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 010 nəfər koronavirusdan ölüb, 8 246 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti