...

Kanadada rekord sayda yeni yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 10 Oktyabr 2020 07:21 (UTC +04:00)

Bakı. Trend:

Kanadada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, son sutka ərzində ölkədə koronavirusa 2 558 nəfər yoluxub, yoluxanların ümumi sayı 178 117 nəfərə çatıb.

Məlumata əsasən, son 24 saatda Kanadada koronavirusdan 28 nəfər ölüb, ölənlərin ümumi sayı 9 585 nəfər təşkil edir.

Qeyd edək ki, Kanadada yeni növ koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti