...

Rusiyada bu həftə ikinci koronavirus vaksini qeydiyyatdan keçiriləcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 13:25 (UTC +04:00)
Rusiyada bu həftə ikinci koronavirus vaksini qeydiyyatdan keçiriləcək

Bakı. Trend:

Rusiyada COVID-19 infeksiyasına qarşı iki vaksinin kliniki sınaqları davam edir, onlardan birinin bu həftə ərzində qeydiyyatdan keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O bildirib ki, ikinci vaksin qeydiyyatdan sonra istehsal prosesinə daxl olacaq.

Bir müddət əvvəl, Rusiyada “Vektor” koronavirus vaksininin oktyabrın 15-dək qeydiyyata alınacağı bildirilmişdi.

Qeyd edək ki, Rusiya avqust ayında dünyada ilk dəfə “Sputnik V” koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti