...

Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Dünya xəbərləri Materials 21 Oktyabr 2020 15:38 (UTC +04:00)
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Trend-in məlumatına görə, avtomat və qumbara ilə silahlı şəxs “Gürcüstan Bankı”nın şöbəsinə daxil olub.

Girov götürülənlər arasında həm bankın əməkdaşları, həm də müştərilər var. Onun tələbləri barədə hələlik məlumat verilməyib.

Hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti