...

Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib

Dünya xəbərləri Materials 28 Oktyabr 2020 04:35 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 76 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 950 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 209 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 366 208 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 511 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 317 519 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti