...

Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

Dünya xəbərləri Materials 28 Oktyabr 2020 11:06 (UTC +04:00)
Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 82 651 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 241 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 21 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 243 nəfər koronavirusdan ölüb, 28 548 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti