...

ÜST-nin baş direktoru koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib

Dünya xəbərləri Materials 2 Noyabr 2020 05:29 (UTC +04:00)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nin baş direktoru özünün "Twitter" səhifəsində yazıb.

O bildirib: "Müəyyən edilib ki, mən testi (koronavirus - red) müsbət çıxan kiminləsə əlaqədə olmuşam. Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma ÜST protokollarına uyğun olaraq yaxın günlərdə özümü təcrid edəcəyəm və evdən işləyəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti