...

Türkiyədə koronavirusdan sağalanların sayı 330 mini keçib

Dünya xəbərləri Materials 4 Noyabr 2020 23:23 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 330 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 77 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 558 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 391 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 384 509 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 841 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 330 665 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti