...

Moskvada koronavirusdan daha 74 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Noyabr 2020 05:23 (UTC +04:00)
Moskvada koronavirusdan daha 74 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 289 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti