...

Dünyada koronavirusa yoluxanların sayı 52 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 12 Noyabr 2020 08:24 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 52 milyon nəfəri ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 52 milyon nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 52 041 515 nəfər çatıb. Onlardan 1 282 184 nəfəri ölüb, 33 870 032 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (10 392 702), Hindistanda (8 636 011) və Braziliyada (5 747 660) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti