...

İranda koronavirusdan ölən və virusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 16 Noyabr 2020 14:42 (UTC +04:00)
İranda koronavirusdan ölən və virusa yoluxanların sayı artıb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində koronavirusdan ölənlərin sayı 486 nəfərə, virusa yoluxanların sayı isə 13 053 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 41 979 nəfərə və bu virusa yoluxanların sayı 775 121 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 677 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 564 699 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 5,54 milyondan çox diaqnoz testi həyata keçirilib.

Sadat Lari bildirib ki, İranın 27 vilayəti qırmızı zona, 4 vilayəti isə narıncı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti