...

Britaniyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

Dünya xəbərləri Materials 23 Noyabr 2020 05:28 (UTC +04:00)
Britaniyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka yeni növ koronavirusa (COVİD-19) 18,6 min nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1,5 milyonu ötüb. Beləliklə, Britaniya ABŞ, Hindistan, Braziliya, Fransa, Rusiya və İspaniyadan sonra 1,5 milyon yoluxma göstəricisini keçən dünyanın yeddinci ölkəsi oldu.

Bildirilir ki, ümumilikdə koronavirusla bağlı xəstəliklərdən ötən sutkada 398 olmaqla 55 024 ölüm hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti