...

"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib

Dünya xəbərləri Materials 1 Dekabr 2020 14:42 (UTC +04:00)
"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib

Bakı. Orxan Nəbiyev - Trend:

"Pfizer" və "BioNTech" şirkətləri birgə koronavirus vaksininin ilin sonunadək Avropa İttifaqında qeydiyyata alınması üçün müraciət edib.

Trend-in məlumatına görə, birgə vaksinin qeydiyyata alınacağı təqdirdə Avropada istifadəsi mümkün olacaq.

Noyabrın sonunda həmin şirkətlər ABŞ-da qeydiyyat üçün müraciət etmişdi. Bundan başqa, "Moderna" şirkəti də vaksinin Aİ-də qeydiyyata alınması üçün rəsmi müraciət edib.

Qeyd edək, noyabrın 18-də "Pfizer" və "BioNTech" birgə vaksinin 95 faiz səmərəlilik göstərdiyini elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti