...

Türkiyədə 5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 3 Dekabr 2020 10:10 (UTC +04:00)
Türkiyədə 5 bal gücündə zəlzələ olub

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 08:45-də qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir dağıntı və ya itkilərin olmadığı deyilir. İnsanlar təhlükəsizlik məqsədilə evləri tərk edib.

Zəlzələnin episentri Kurtalan rayonunda, yerin 20 kilometr dərinliyində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti