...

Rusiyada bazarda yanğın baş verib

Dünya xəbərləri Materials 6 Dekabr 2020 10:54 (UTC +04:00)
Rusiyada bazarda yanğın baş verib

Bakı. Trend:

Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən "Klalssik" bazarında pirotexnika pavilyonu yanır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

Məlumata əsasən, Moskva vaxtı ilə saat 06:30-da 200 kvadrat metrlik ərazidə ikimərtəbəli ticarət pavilyonu yanıb.

Daha sonra bildirilib ki, yanğın sahəsi 1500 kvadratmetrə qədər artıb.

Yanğının söndürülməsinə 36 nəfər, 12 texnika cəlb edilib. .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti