...

Rusiyada daha 562 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 8 Dekabr 2020 12:43 (UTC +04:00)
Rusiyada daha 562 nəfər koronavirusdan öldü

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 26 097 nəfər virusa yoluxub, 562 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 515 009 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 44 159 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 981 526 nəfər virusdan sağalıb, 489 324 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti