...

ABŞ-da koronavirusa yoluxanların sayı 16 milyonu ötüb

Dünya xəbərləri Materials 13 Dekabr 2020 07:09 (UTC +04:00)
ABŞ-da koronavirusa yoluxanların sayı 16 milyonu ötüb

Bakı. Trend:

ABŞ-da koronavirusa yoluxanların sayı 16 milyonu keçib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirir.

Məlumatda pandemiya başlayandan ABŞ-da 16 014 839 nəfərin koronavirusa yoluxduğu deyilir. Virusa yoluxanların sayına görə Kaliforniya liderdir (1 535 962), sonrakı yerləri Texas (1 395 889), Florida (1 116 973), Illinois (841 688) və New York (764 966) ştatları tutur. Ölkədə ümumilikdə sözügedən xəstəlikdən ölənlərin sayı 297 501 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti