...

Rusiyada ötən sutka ərzində 28 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 13 Dekabr 2020 22:13 (UTC +04:00)
Rusiyada ötən sutka ərzində 28 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2,65 nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə son sutka ərzində 28 080 nəfər virusa yoluxub, 488 nəfər isə vəfat edib.

Bu günə qədər Rusiyada 2 653 928 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 46 941 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 106 235 nəfər virusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti