...

Braziliyada koronavirusdan ölənlərin sayı 190 minə çatır

Dünya xəbərləri Materials 24 Dekabr 2020 10:34 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 190 minə çatır

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 46 696 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 365 517 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 961 nəfər ölüb, ölənlərin ümumi sayı 189 220 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti