...

İranda koronavirusdan ölənlərin sayı 55 mini keçib

Dünya xəbərləri Materials 30 Dekabr 2020 14:45 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 55 mini keçib

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 149 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 095 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 272 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 218 753 nəfərə çatıb. Virus daşıyıcılarından 5 087 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 978 714 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,56 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda koronavirusa yoluxma ilə əlaqədar İranın 108 rayonu narıncı, 340 rayonu isə sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti