Bakı. Trend:
Danimarka həkimləri daha əvvəl Cənubi Afrikada aşkar edilmiş koronavirus variantına yoluxma faktını qeyd ediblər.
Trend-in məlumatına görə, bu barədə Yoluxucu Xəstəliklərlə Mübarizə üzrə Dövlət İnstitutu bildirib.
İnstitut qeyd edib: "Danimarkada daha bir COVID-19 variantına ilk yoluxma halı aşkar edilib. Bu, daha əvvəl Cənubi Afrikada kəşf edilmiş B.1.351 / 501Y virusunun bir variantıdır".
Danimarkada koronavirusun bu ştammı Zelandiya adasında qeydə alınıb. Ehtimal edilir, virus Krallığa Dubaydan gətirilib.