...

Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib

Dünya xəbərləri Materials 18 Yanvar 2021 00:39 (UTC +04:00)
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib

Bakı. Trend:

Fransada ötən gün genişləndirilmiş komendant saatını pozan 5,9 min nəfər cərimələnib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Bildirilir ki, komendant saatının pozulmasına görə 135 avro cərimə ödənilməlidir.

Qeyd edək ki, Fransada yanvarın 16-dan genişləndirilmiş komendant saatı tətbiq edilir. Komendant saat yerli vaxtla saat 18:00-da başlayır və 06:00-da bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti