...

Rusiyada koronavirusdan ölənlərin sayı 66 mini keçib

Dünya xəbərləri Materials 18 Yanvar 2021 12:33 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 66 mini keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,59 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 22 857 nəfər virusa yoluxub, 471 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 591 066 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 66 037 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 978 764 şəxs virusdan sağalıb,546 265 nəfərin müalicəsi isə davam edir.

Xəbər lenti

Xəbər lenti