...

İraqın mərkəzinə hava zərbələri endirilib

Dünya xəbərləri Materials 19 Yanvar 2021 06:11 (UTC +04:00)
İraqın mərkəzinə hava zərbələri endirilib

Bakı. Trend:

İraqın mərkəzi Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr şəhərinin ərazisinə hava zərbələri endirilib.

Trend-in məlumatına görə, bu barədə Al Mayadeen telekanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, zərbə endirilən ərazi İraq silahlı qüvvələrinin nəzarətindədir.

"Əl Arabiya" telekanalı növbəsində Cürf ən-Nəsr yaxınlığında "Kataib Hizbullah" qruplaşmaşının mövqelərində üç partlayışın baş verdiyini bildirdi. Kanal mənbələrinin verdiyi məlumata görə, İraq ordusu xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti