Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyədə Rusiyanın "Sputnik V" vaksininin istehsalı başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.
Qeyd olunur ki, istehsalla bağlı adıçəkilən fondla Türkiyənin aparıcı əczaçılıq müəssisəsi ilə razılaşma imzalanıb
İlkin mərhələdə Türkiyədə ildə 1 milyon doza "Sputnik V" vaksini istehsal olunacaq, gələcəkdə bu rəqəm artırıla bilər.
İstehsal olunan məhsul həm Türkiyə bazarına, həm də ixraca yönələcək.