...

"Tesla" Çində 36 mindən çox avtomobili geri çağırdı

Dünya xəbərləri Materials 5 Fevral 2021 14:27 (UTC +04:00)
"Tesla" Çində 36 mindən çox avtomobili geri çağırdı

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Tesla" elektrik avtomobil şirkəti Çində 36 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar mərkəzi monitorda, qızdırıcı qurğuda qeydə alınan mümkün qüsurlarla əlaqədar verilib.

Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş "Model S" və 2016-2018-ci illərin "Model X" modellərinə şamil olunur.

Qeyd olunur ki, Çində həmin modellər bu günədək müxtəlif qüsurlarla əlaqədar dörd dəfə geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti