...

Rusiyada daha 407 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 8 Fevral 2021 12:19 (UTC +04:00)
Rusiyada daha 407 nəfər koronavirusdan ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,98 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 15 916 nəfər virusa yoluxub, 407 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 983 197 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 77 068 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 472 091 şəxs virusdan sağalıb, 434 038 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti