...

Fransada qırıcı təyyarə qəsəbəni işıqsız qoydu

Dünya xəbərləri Materials 19 Fevral 2021 16:39 (UTC +04:00)
Fransada qırıcı təyyarə qəsəbəni işıqsız qoydu

Bakı. Orxan Nəbiyev - Trend:

Fransanın cənubundakı Le Kastelye qəsəbəsi yaxınlığında keçirilən qırıcı təyyarələrin təlim uçuşları zamanı qırıcılardan biri qəsəbəni işıqsız qoyub.

Trend-in məlumatına görə, insident iki "Rafale" qırıcısının uçuşu zamanı baş verib.

Təyyarələrdən biri alçaqdan uçuş zamanı qəsəbəyə gedən elektrik naqillərini qırıb. Nəticədə yanğın başlayıb və qəsəbəyə elektrik verilişi dayanıb.

Yanğının qarşısı qısa müddətdə alınsa da qəsəbə saatlarla elektrik enerjisiz qalıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti