...

Rusiyada üçüncü koronavirus vaksini qeydiyyata alındı

Dünya xəbərləri Materials 20 Fevral 2021 10:58 (UTC +04:00)
Rusiyada üçüncü koronavirus vaksini qeydiyyata alındı

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada üçüncü koronavirus vaksini, "Kovivak" qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Mixail Mişustin elan edib.

"Kovivak" vaksininin ilk 120 min dozasının martın ortalarında dövriyyəyə buraxılması gözlənilir.

Qeyd edək ki, bu günədək Rusiyada "Sputnik V" və "EpiVakKorona" vaksinləri qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti