Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 928 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 606 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 715 162 nəfərə çatıb. Virus daşıyıcılarından 3 823 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 464 268 nəfər koronavirusdan sağalıb, 11,4 milyondan çox diaqnoz testi həyata keçirilib.