...

İranda terrorçular tərəfindən partlayış törədilib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 21 Mart 2021 13:25 (UTC +04:00)

Bakı. Trend:

İranın cənub-şərqində terrorçular tərəfindən partlayış törədilib.

Trend-in məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, partlayış Sistan və Bəluçestan vilayətininin Saravan rayonunun yaşayış məntəqələrindən birində yerli vaxtla təxminən saat 09:30-da törüədilib.

Bildirilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Yaşayış məntəqəsinin və partlayışı törədən terror qruplaşmasının adı açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti