...

Aİ sammiti videokonfrans rejimində keçiriləcək

Dünya xəbərləri Materials 21 Mart 2021 19:20 (UTC +04:00)
Aİ sammiti videokonfrans rejimində keçiriləcək

Bakı. Trend:

25-26 mart tarixlərində Brüsseldə keçirilməli olan Avropa İttifaqının sammiti koronavirusa yoluxma hallarının sayının artması səbəbilə videokonfrans rejimində baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Avropa Şurası prezidentinin mətbuat katibi Brend Leyts yazıb.

B.Leyts bildirib ki, bu barədə qərarı Avropa Şurasının prezidenti Şarl Mişel qəbul edib.

Qeyd edək ki, Avropada koronavirusun yayılmasının üçüncü dalğası çərçivəsində hər gün yoluxma hallarının sayında artım müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti