...

Aİ nəzərdə tutulandan 73 milyon daha az vaksin əldə edib

Dünya xəbərləri Materials 1 Aprel 2021 15:30 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqının 27 üzvü 2021-ci ilin birincü rübündə ümumilikdə 107 milyon doza vaksin əldə edib.

Trend-in məlumatına görə, bunu səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides deyib.

Bu, nəzərdə tutulan tədarükdən 73 milyon doza daha azdır.

Bir müddət əvvəl Avropa Komissiyası müqavilələrə əsasən Aİ-nin 180 milyon doza vaksinin alacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti