...

Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 17 Aprel 2021 12:40 (UTC +04:00)
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,7 milyona çatır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 9 321 nəfər virusa yoluxub, 398 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 693 469 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 105 193 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 319 389 şəxs virusdan sağalıb, 268 887 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti