...

Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib

Dünya xəbərləri Materials 23 Aprel 2021 10:51 (UTC +04:00)
Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib

Bakı. Trend:

Baş nazir Narendra Modi investisiyaların cəlb olunmasına köməklik göstərmək və yaşıl əməkdaşlıqların reallaşdırılmasına imkan yaratmaq məqsədilə cümə axşamı Hindistan-ABŞ iqlim və təmiz enerji üzrə tərəfdaşlığını elan etdi.

Birləşmiş Ştatların ev sahibliyi etdiyi iqlim mövzusunda keçirilən liderlərin virtual sammitində Baş nazir Modi qeyd edir: “ İqlimlə bağlı məsuliyyətli addımlar atan bir ölkə kimi Hindistan, tərəfdaşlarını Hindistanda davamlı inkişafla bağlı sistemlər yaratmağa çağırır. Bütün bunlar, həmçinin yaşıl maliyyəyə və təmiz texnologiyaları əlverişli formada əldə etməyə ehtiyacı olan digər inkişaf etməkdə olan ölkələrə kömək edə bilər.”

O əlavə edir: “Buna görə də, Prezident Biden və mən “Hindistan-ABŞ iqlim və 2030-cu il təmiz enerji ilə bağlı gündəm əməkdaşlığı”nı başladırıq. Biz birlikdə investisiyaların səfərbər olunmasına, təmiz texnologiyaların nümayiş etdirilməsinə və yaşıl əməkdaşlıqların həyata keçirilməsinə köməklik edəcəyik.”

İqlim dəyişikliyi ilə bağlı təhlükəni dünyada milyonlarla insan üçün "yaşanmış bir reallıq" adlandıran Baş nazir Modi, Hindistanın həyat tərzinin davamlı ənənəvi təcrübələrə dayandığını və inkişafla bağlı çətinliklərə baxmayaraq, təmiz enerji üzrə çox cəsarətli addımların atıldığını söylədi.

O dedi: "Bəşəriyyət hazırda qlobal pandemiya ilə mübarizə aparır və bu hal iqlim dəyişikliyi təhlükəsinin aradan qalxmadığını bir daha xatırladır. Bu, dünyada milyonlarla insanın yaşadığı bir gerçəklikdir"

Baş nazir Modi qeyd etdi ki, 2030-cu ilədək 450 Gigavat həcmində uğurlu bərpa olunan enerji ilə bağlı hədəfimiz bununla bağlı qəti qərarımızı göstərir. İnkişafla bağlı çətinliklərə baxmayaraq, təmiz enerji, enerji səmərəliliyi, meşələrin salınması və biomüxtəliflik mövzusunda çox cəsarətli addımlar atdıq.

Baş nazir Modi əlavə etdi ki, Hindistanın adambaşına düşən karbon ayaq izi qlobal ortalamadan 60 faizdən daha aşağıdır və bu hal buradakı həyat tərzinin hələ də davamlı ənənəvi təcrübələrə dayanır.

Sammitdə 40-a yaxın dünya lideri iştirak edir. Baş nazir, "2030-cu ilədək Kollektiv Sıçrayış" mövzusunda liderlərin iclasında çıxış etdi.

Sammit, 2021-ci ilin noyabr ayında Tərəflərin 26-cı BMT İqlim Dəyişikliyi Konfransına (COP26) hazırlıq ərəfəsində keçiriləcək iqlim problemlərinə həsr olunmuş bir sıra qlobal görüşlərin bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti