...

Yaponiya "Moderna" vaksininin birinci partiyasını alıb

Dünya xəbərləri Materials 30 Aprel 2021 08:05 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya ABŞ-ın "Moderna" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin birinci partiyasını alıb.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hökumət bu partiyanı gələcəkdə əhali üçün geniş miqyaslı peyvənd mərkəzləri təmin edilməsinə istifadə etməyi planlaşdırırlar.

Bildirilir ki, vaksinlər ölkəyə gətirilsədə "Moderna" peyvəndinin Yaponiyada istifadəsinə hələ Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyib. Müvafiq qərarınmayın 21-dək veriləcəyi gözlənilir.

İndiyə qədər Yaponiyada peyvəndləmə yalnız "Pfizer" vaksini ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti