...

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

Dünya xəbərləri Materials 6 May 2021 11:41 (UTC +04:00)
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Xəzər dənizi sahilində, Mahaçqla şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

Trend-in məlumatına görə, ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti