...

İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 051 nəfərə düşüb

Dünya xəbərləri Materials 8 May 2021 05:26 (UTC +04:00)

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 41 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 838 858 nəfərə, ölənlərin sayı isə 6 375 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 831 432 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 051 nəfərə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti