...

Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq

Dünya xəbərləri Materials 9 May 2021 22:19 (UTC +04:00)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq

Bakı. Trend:

Misir iyun ayında Çinin "Sinovac Biotech" şirkətinin koronavirusa qarşı peyvəndinin istehsalına başlayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə və əhali naziri Hala Zaid deyib.

H.Zaid bildirib: "Mayın 18-i istehsal üçün lazım olan ilk xammal partiyası gələcək. İlk iki milyon doza iyun ayının sonunda istehsal ediləcək və Misirin Dərman Vasitələri üzrə İdarəsində test ediləcək, iyul ayının sonunda isə peyvəndin kütləvi istehsalına başlanılacaq".

Nazirin sözlərinə görə, Misir peyvəndlərin istehsalında regional mərkəzə çevrilmək və peyvəndləri Afrika ölkələrinə ixrac etməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti